üzdən iraq

1. God save! / pass me! / pass us! не дай бог! / минуй нас!; 2. iron. notorious / the so-called ирон. пресловутый / так называемый
üzdən-gözdən salmaq
üzdən salmaq
OBASTAN VİKİ
İraq
İraq (ərəb. العراق; kürd. عێراق) və ya rəsmi adı ilə İraq Respublikası (ərəb. جمهوریة العراق; kürd. کۆماری عێراق) — Qərbi Asiyada dövlət. İraq Yaxın Şərqdə dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində yerləşir. Şimalda Türkiyə, şərqdə İran, cənub-şərqdə Küveyt, cənubda Səudiyyə Ərəbistanı, cənub-qərbdə İordaniya, qərbdə isə Suriya ilə həmsərhəddir. Ölkənin cənub-şərqdə Fars körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Bağdad, ümumi sahəsi 438,317 kvadrat kilometr, əhalisinin sayı 40 milyon nəfərdən çoxdur. Digər böyük şəhərləri Mosul, Kərbəla, Nəcəf və Ərbildir.
Hit (İraq)
Xit (ərəb. هيت‎ — Heet) — İraqın Anbar mühafazasında şəhər. Əhalisi 65,000-dir.
Pşdər (İraq)
Pşdər və ya Pşdar şəhəri, İraq Kürdüstan Bölgəsində, Süleymaniyyə mühafəzəsinin bir mahalidir. Süleymaniyyə şəhərinin şərqində, İran sərhədi yaxınlığında yerləşir.
Qaranaz (İraq)
Qaranaz — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. Kəndin əhalisini qədim Bayat boyudan törəmiş etnik türkmanlar təşkil edir.
Xasadarlı (İraq)
Xasadarlı — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Süleymanbəy nahiyyəsində kənd. Əhalisinin 90%-dən çoxunu etnik türkmanlar, qalan qismini isə kürdlər təşkil edir.
İraq (dəqiqləşdirmə)
İraq
İraq (dərgi)
İraq (dərgi) — Bağdadda işıq üzü görmüş dərgi. İraq dərgisi 1963-cü il mayın 1-i işıq üzü görmüşdür. Qırx səhifəlik nəşr olsa da, ancaq bir sayı çap edilmişdir. Ramazandan sonra bu dərgi dövlətin ilk rəsmi bəyanatını çap etmiş, qurulmuş ilk nazirlər kabinetinin üzvlərinin foto və tərcümeyi hallarını nəşr etmişdi. Dərgi ancaq türkmən dilində Bağdadda işıq üzü görüb.
İraq (qəzet)
"İraq" (qəzet) — Bağdadda çap edilmiş qəzet. "İraq" qəzeti 1966-cı ildə Bağdadda işıq üzü görmüşdür. Nəşrin təsisçisi və redaktoru Şakir Sabir Zabit, idarə rəhbəri və baş yazarı Haq İsmayıl Bayatlıdır. Qəzetin 42-ci sayında Həsən Huseyn Əl Yas baş yazar olub. İlk sayı 1966-cı il mayın 21-də, son sayı isə 1967-ci il oktyabrın 21-də işıq üzü görüb. Qəzet 66 saydan sonra bağlanıb. Türkcə-ərəbcə olan nəşrin bir qismi 8, bir qismi 4 səhifəlik dərc edilib.
İraq Konstitusiyası
İraq Konsititusiyası (ərəb. دستور العراق‎)—İraqın əsas qanunu. İlk konsititusiyası 1925-ci ildə nəşr edilib.2005-ci ildə yenidən qüvvəyə minib. Konstitusiya monarxiyası quran İraqın ilk konstitusiyası 1925-ci ildə bir İngilis hərbi işğalı altında qüvvəyə mindi və 1958 inqilabı bir respublika qurana qədər qüvvədə qaldı. Aralıq konstitusiyalar 1958, 1964, 1968 və 1970-ci illərdə qəbul edildi, Keçid İnzibati Qanunu qəbul edilənə qədər de-yure qüvvədə qaldı. 1990-cı ildə bir konstitusiya layihəsi hazırlandı, lakin Körfəz müharibəsinin başlaması səbəbindən heç vaxt yayılmadı. Mövcud konstitusiya 15 oktyabr 2005-ci ildə keçirilmiş bir referendumla təsdiqləndi. Konstitusiya, 2005-ci ildə İraq Konstitusiya Layihə Komitəsi üzvləri tərəfindən İraq Dövlətinə keçid dövrü üçün İdarəetmə Qanunu ("TAL") əvəz etmək üçün hazırlanmışdır.). TAL, İraq Müharibəsindən sonra və İraqın ABŞ və Koalisiya qüvvələri tərəfindən işğalından sonra Koalisiya Müvəqqəti Təşkilatı tərəfindən seçilmiş, təyin olunmuş bir qurum olan İraq İdarəetmə Şurası tərəfindən 2003-cü ilin dekabrından 2004-cü ilin martına qədər hazırlanmışdır. Referendumdan əvvəl edilən bir kompromis şərtilə, yeni konstitusiyaya uyğun olaraq seçiləcək ilk parlamentin konstitusiyaya düzəliş edilməsini və ya edilməməsini təyin etmək üçün Konstitusiya Baxış Komitəsi yaratması qəbul edildi.
İraq Kürdüstanı
Kürdüstan Bölgəsi (ərəb. حكومة إقليم كردستان‎) — İraqın şimalında muxtar vilayət. İnzibati cəhətdən ərazisinə İraqın 3 mühafazası - Süleymaniyə, Ərbil və Dohuk mühafazaları daxildir. Əhalisi 2022-cü il etibari ilə 7,800,300 ərazisi 41.047 km², inzibati mərkəzi Ərbil şəhəridir. Birinci Dünya müharibəsi zamanı Birləşmiş Krallıq və Fransa Qərbi Asiyanı Says–Piko sazişinə əsasən bölmüşdür. Sevr müqaviləsi və Lozanna müqaviləsi onu əvəz etmiş, müasir bir Qərbi Asiya və Türkiyə Respublikası qurmuşdur. Millətlər Liqası Fransaya Suriya və Livanda, Birləşmiş Krallığa isə Fələstin və İraqda mandatlar bağışlamışdır. Osmanlı imperiyasının Ərəbistan yarımadasındakı hissələri axırda, Səudiyyə Ərəbistanı və Yəmən tərəfindən alınmışdı. 1 dekabr 1918-ci il tarixində Süleymaniyyə şəhərində keçirilən yığıncaqda ingilis polkovnik Arnold Vilson ilə kürd tayfa başçıları Birləşmiş Krallığa təklif verdilər, hansı ki, Birləşmiş Krallıq protektoratı olacaq birləşmiş və müstəqil bir kürd dövlətinin təsis edilməsi ilə bağlı idi. 1919-cu ildən 1922-ci ilə qədər nüfuzlu kürd öndəri Şeyx Mahmud Bərzənci kürd hökuməti qurmuş və Böyük Britaniya hakimiyyətinə qarşı iki dənə üsyan qaldırmışdır.
İraq Respublikası
İraq (ərəb. العراق; kürd. عێراق) və ya rəsmi adı ilə İraq Respublikası (ərəb. جمهوریة العراق; kürd. کۆماری عێراق) — Qərbi Asiyada dövlət. İraq Yaxın Şərqdə dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində yerləşir. Şimalda Türkiyə, şərqdə İran, cənub-şərqdə Küveyt, cənubda Səudiyyə Ərəbistanı, cənub-qərbdə İordaniya, qərbdə isə Suriya ilə həmsərhəddir. Ölkənin cənub-şərqdə Fars körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Bağdad, ümumi sahəsi 438,317 kvadrat kilometr, əhalisinin sayı 40 milyon nəfərdən çoxdur. Digər böyük şəhərləri Mosul, Kərbəla, Nəcəf və Ərbildir.
İraq Sultanlığı
İraq Səlcuqlu dövləti (1157-1194) – Sultan Səncərin ölümündən sonra İraq Ərəb və İraq Əcəm (Qərbi İraq) idarə edən Böyük Səlcuqluların qalığıdır. Səlcuq Dövlətinin süqutundan sonra bugünkü İraqın hamısı və Suriyanın bəzi hissəsi üzərində qurulmuş olan Türk dövlətinin adıdır. Böyük Səlcuq Sultanı Məhəmməd Təpər 18 Aprel 1118-ci ildə ölüncə, oğulları taxt üzərində mübarizəyə başladılar və sonradan əmiləri Səncərin tabeliyinə girdilər. Səncər də Təpərın uşaqlarını İraq və Azərbaycana məlik olaraq təyin etdi. 1157-ci ildə Səncərin ölümü ilə Böyük Səlcuq Dövlətinin tarixə qarışmasıyla tamamilə müstəqil oldular və Şah adını daşımağa başladılar.
İraq Səlcuqiləri

İraq azərbaycanlıları
Türkmanlar və ya İraq türkmanları — İraqın şimalında yaşayan türk etnosu. Ad oxşarlığına baxmayaraq türkmanlar Orta Asiya türklərinə, Türkmənistanda yaşayan türkmənlərə deyil, Azərbaycan türklərinə, Anadolu türklərinə yaxın olub, oğuz türklərinin qərbi qolundandırlar. Yaşadıqları ərazilərdə isə ilk dəfə Səlcuqların ilk axınları zamanından xeyli əvvəllər məskunlaşmışdılar. Daha sonralar isə Səfəvi hökmdarları ən qədim Azərbaycan tayfalarından biri olan türkmanların yaşayışlarının daha da möhkəmləndirilməsini təmin etmişlər. Ərəb İraqı tarix boyunca bir çox mədəniyyətə beşiklik etmişdir. İraqda türk ünsürünün tarixi eramızdan əvvələki dövrlərə dayansa da tam olaraq indi İraqda etnik qruplar içərisində üçüncü ən çoxsaylı toplum olan türklərin əcdadlarının bu torpaqlara gəlişi 673-cü ilə təsadüf etməkdədir. Qeyd edilən tarixdə Əməvi sülaləsinin (661–750) əmirlərindən biri olan İraqi Ərəb vilayətinin hakimi Übeydullah bin Ziyad 4,000 türk əsilli süvarini bölgənin təhlükəsizliyi məqsədiylə Bəsrə şəhərinə yerləşdirmişdir. Əməvi sülaləsinin xəlifəliyinin bütün dövrlərində və Abbasilər sülaləsinin (750–1258) xəlifəliyinin ilk dövrlərində (750–945) türk əsilli əhali İraqın əsasən mərkəz və cənub hissələrinə yerləşir və bölgənin silahlı qüvvəsinin önəmli hissəsini təşkil edirdilər. 932-ci ildə indiki İranın qərbində Cəbəl bölgəsində əsas hökümdarı şahənşah titulu daşıyan şiə dövləti olan Büveyhilər yarandı. Büveyhilər sülaləsinin nümayəndlərinin müxtəlif bölgələrdə hakimiyyəti 932-ci ildən 1062-ci ilədək davam etmişdir.
İraq bayrağı
İraq bayrağı — İraqın Dövlət bayrağı İraqın dövlət bayrağı 3 bərabər üfüqi zolaqdan ibarətdir: qırmızı, ağ və qara. Ağ zolağın üzərində yaşıl rəngdə "Allahu Əkbər" ifadəsi yazılıb. Bayrağın eninin uzunluğuna nisbəti 2:3-dür. Bayraqdakı qırmızı rəng İslamın düşmənlərinə qarşı mübarizəni; ağ rəng ərəb xalqının alicənablığını, comərdliyini, birliyini, qələbəsini; qara rəng isə ərəb xalqının böyük keçmişə malik olduğunu tərənnüm edir. Digər bir versiyaya görə, qırmızı rəng ərəblərin İslamdan öncəki rəmzi olub.
İraq coğrafiyası
İraq, (ərəbcə «Əl-Cumhuriyyət əl-İrakiyyə») Cənub-Qərbi Asiyada Dəclə və Fərat çaylarının orta və aşağı axınında yerləşmişdir. Əlverişli iqtisadi və siyasi-coğrafi mövqeyi olan ərazisindən beynəlxalq əhəmiyyətli quru və hava yolları keçir. İraq şimaldan cənuba təqribən 1000, qərbdən şərqə 700 km məsafədə uzanır. Quru sərhədlərinin uzunluğu 3300 km-dir. Ucqar cənub-şərqdə 50 km məsafədə İran körfəzinə çıxışı var. Ölkə şimalda Türkiyə, şimal-qərbdə Suriya, İordaniya, cənub-qərbdə Səudiyyə Ərəbistanı və Küveytlə, şərqdə isə İranla həmsərhəddir. Türkiyə, Küveyt və İran ilə sərhədi sabit deyil, münaqişə ocağıdır. Göstərilən sərhədlər daxilində İraqın sahəsi 437 min kv. km-dir. Bu göstəriciyə görə dünya ölkələri arasında 57-ci, Yaxın və Orta Şərq ölkələri içərisində isə 5-ci yeri tutur.
İraq dinarı
İraq dinarı (ərəb. دينار عراقي‎) ya da qısaca dinar (ərəb. دينار‎), İraqda istifadə olunan pul vahididir. 1931–1932-ci illərdə 1, 2, 4, 10, 20, 50 və 200 nominallı ilk İraq sikkələri dövriyyəyə buraxılmışdır. Gümüşdən 20, 50 və 200 fils pul cırdı. 1953-cü ildə gümüşdən zərb olunan 100 nominallı dəyəri olan sikkələr dövriyyəyə daxil edilmişdir. 1959-cu ildə İraq Respublikasının qurulduqdan sonra 1, 5, 10, 25, 50 və 100 sikkə sikkələr dövriyyəyə girdi. 1967-ci ildə yeni tipli sikkələr 5, 10, 25, 50 və 100 fillinq nominallaşdırılmışdır. 1970-ci ildən etibarən 250 nominallı nikel sikkələri, 1971-ci ildən etibarən 500 nominallı sikkələr istifadəyə verilmişdir. Bundan əlavə, 1980-ci ildən etibarən 1 dinar dəyərində nikel sikkələri dövriyyəyə buraxıldı.
İraq gerbi
İraq gerbi — İraq Respublikasının rəsmi gerbi 2008-ci ildə təsdiq olunub İraq Haşimilər Krallığının gerbləri qonşu İordaniya Haşimilər Krallığının gerbləri ilə bəzi oxşarlıqları paylaşırdı. İraq Haşimilər Krallığının monarxiyasını simvolizə edən qızıl tac, zirvəsinin altından çıxan və yaqut və zümrüdləri xatırladan bir relyef dizaynı ilə bazaya bağlanmış beş tağdan ibarətdir. Tac yuxarı hissədə Haşimit pankartını təmsil edən bir nizə ucu ilə bəzədilmişdir. Tac kral Haşimit taxtını təmsil edən çardağın üzərinə qoyulur. Ağ ipəklə örtülmüş qırmızı rəngli məxmər çubuq, fədakarlıq və saflığı bildirir. Çamaşır qızıl ipliklərin bir hissəsinə bükülmüş və ağ ipək astarlı aşkar etmək üçün hər iki tərəfə qızıl rəngli kordonlarla toplanmışdır. İki ulduz hər iki tərəfdəki mərkəzi qalxanın üstündədir. Hər bir ulduz İştar və Şamaşı təmsil edir. Qalxanın yırtıcı tərəfdarı Babil Aslanıdır, pis tərəfdarı ərəb atıdır, hər ikisi də şah gücünün ənənəvi simvollarıdır. Mərkəzdəki qalxan Mesopotamiyanın ərazisini əks etdirir.
İraq himni
"Mənim Vətənim" (ərəb. موطني‎) – İraq dövlət himni. "Mənim Vətənim" 1934-ci ildə fələstinli İbrahim Tuqan yazıb, və musiqinin üstünə qoyulandan sonra Fələstində və bütöv Ərəb dünyasında çox məşhur olub. 2004-ci ildə, bir il Səddam Hüseynin rejimi son verəndən sonra İraqın təzə himni kimi təsdiq olunmuşdur.
İraq iqtisadiyyatı
XXI əsrin başlanğıcında İraq mədən sənayesi inkişaf etmiş, orta səviyyəli sənaye-aqrar ölkə idi. 2001-ci ildə ölkənin Daxili Məcmui Məhsulunun dəyəri 60-65 mlrd. ABŞ dollarına yaxın idi. O vaxt ölkənin milli valyutası olan bir dinar təqribən 3 ABŞ dollarına bərabər tutulurdu. 2001-ci ildən sonra ölkə iqtisadiyyatı güclü dəyişikliklərə məruz qaldı. Müharibələr, kamekadzelərin törətdikləri partlayışlar və terror aktları, ölkəyə qarşı yönəldilmiş iqtisadi sanksiyalar, başqa qadağalar, maliyyə vəsaitlərinin həbs edilməsi və xoşagəlməz başqa səbəblər iqtisadiyyata viranedici zərbə vurdu. Hazırda İraq hökuməti iqtisadiyyatı bərpa etmək sahəsində aşağıdakı vəzifələri həyata keçirməyi planlaşdırır: əvvəllər fəaliyyətdə olmuş bütün müəssisələri ilk növbədə energetika və mədən sənaye müəssisələrini yenidən işə salmaq; ölkədə yaşayan xalqlar və dini icmaların həmrəyliyinə nail olmaq; insanlar üçün şəhər və kəndlərdə yeni iş yerləri yaratmaq; əhalini ərzaq, içməli su, dərmaq preparatları ilə təmin etmək; səhiyyə və maarif sistemlərinin işini bərpa etmək; ölkənin təhlükəsizlik qüvvəllərini yaratmaq; qonşuları ilə münasibəti mehriban məcrayə yönəltmək. XIX əsrin sonlarına qədər zəngin neft ehtiyatı hesabına neft sənayesi ilə əlaqədar köməkçi təsərrüfat sahələri: yanacaq, elektroenergetika, neft-kimya, tikinti materialları istehsalı sənaye sahələri yaradılmışdır. Neftdən gələn böyük gəlirlər hesabına hərbi infrastruktur və ən yeni silahların və hərbi sursatların alınması işi geniş vüsət almışdı. Sənayenin aparıcı sahələri.
İraq mətbəxi
İraq mətbəxi — İraq xalqının milli mətbəxi qədim tarixə malikdir. İnqrediyentlər İraq mətbəxinin bəzi xarakterik inqrediyentləri aşağıdakılardır: Tərəvəzlər: Badımcan, pomidor, şalqam, lobya, soğan-şalot, bamya, soğan, mərcimək, vəzəri, kartof, kələm, yunan balqabağı (kabaçok), ispanaq, kahı, kəvər soğanı, artişok, sarımsaq, bibər və çili bibəri kimi tərəvəzlər. Taxıllar: Düyü, bulğur, buğda və arpa. Paxlalılar: Mərcimək, noxud, yaşıl lobya, yaşıl maş və qırmızı lobya kimi paxlalılar. Meyvələr: Zeytun, xurma, kişmiş, ərik, gavalı, əncir, üzüm, qovun, nar, alma, albalı, heyva və sitrus meyvələri (portağal, limon və laym). Pendirlər: Baladi, feta və halloumi Otlar və ədviyyat: Darçın, hil, keşniş, keşniş toxumu, samanlıq güldəfnəsi, adi cirə, adi qaraqınıq, nanə, tərxun, thyme, zəfəran, qurudulmuş laym, Çin darçını, şüyüd, sarıkök, ədviyyat, ədviyə, sumax və zaatar.
İraq prezidenti
İraq prezidenti — İraqın indiki prezidenti. Vəzifəni Əbdüllətif Camal Rəşid icra edir.
Şimali İraq
Kürdüstan Bölgəsi (ərəb. حكومة إقليم كردستان‎) — İraqın şimalında muxtar vilayət. İnzibati cəhətdən ərazisinə İraqın 3 mühafazası - Süleymaniyə, Ərbil və Dohuk mühafazaları daxildir. Əhalisi 2022-cü il etibari ilə 7,800,300 ərazisi 41.047 km², inzibati mərkəzi Ərbil şəhəridir. Birinci Dünya müharibəsi zamanı Birləşmiş Krallıq və Fransa Qərbi Asiyanı Says–Piko sazişinə əsasən bölmüşdür. Sevr müqaviləsi və Lozanna müqaviləsi onu əvəz etmiş, müasir bir Qərbi Asiya və Türkiyə Respublikası qurmuşdur. Millətlər Liqası Fransaya Suriya və Livanda, Birləşmiş Krallığa isə Fələstin və İraqda mandatlar bağışlamışdır. Osmanlı imperiyasının Ərəbistan yarımadasındakı hissələri axırda, Səudiyyə Ərəbistanı və Yəmən tərəfindən alınmışdı. 1 dekabr 1918-ci il tarixində Süleymaniyyə şəhərində keçirilən yığıncaqda ingilis polkovnik Arnold Vilson ilə kürd tayfa başçıları Birləşmiş Krallığa təklif verdilər, hansı ki, Birləşmiş Krallıq protektoratı olacaq birləşmiş və müstəqil bir kürd dövlətinin təsis edilməsi ilə bağlı idi. 1919-cu ildən 1922-ci ilə qədər nüfuzlu kürd öndəri Şeyx Mahmud Bərzənci kürd hökuməti qurmuş və Böyük Britaniya hakimiyyətinə qarşı iki dənə üsyan qaldırmışdır.
Əqrəblər (İraq)
Əqrəblər — İraqdakı işğal müqavimət qruplarından biridir. Əfqanıstandakı Taliban kimi, Əqrəblərin də Əl-Qaidə və İraq İslam Ordusu ilə əlaqəli olduğu düşünülür. Onun əsas düşmənləri; ABŞ, İngiltərə, NATO, ISAF və Koalisiya dəstəkli İraq hökumətidir. 2003–2004-cü illər arasında qurulub. Bu gün də aktivdir. Ayrıca konkret bir rəhbəri və ya komandir yoxdur. Baas Partiyasının hərbi üzvləri və generalları ABŞ və müttəfiqlərinin İraq ilə müharibəsində İraqın müharibəni itirəcəyini biləndə son ümid olaraq Mehdi Ordusuna alternativ kimi qurmuşdurlar. Lakin sonra təşkilat daha müstəqil bir quruluşa sahib idi. Bu, əsasən bir rəhbərinin olmaması ilə əlaqədardır, çünki Səddam Hüseyn və digər İraq siyasətçiləri ya edam edilmiş, ya da həbs edilmişdilər.
İraq Kürdistanı